Ötən ilin dekabrında Zaqatalada maşınla vurulan daun xəstəsi ölüb.
Lent.az-ın məlumatına görə, 25 yaşlı İbrahim Daşdəmirov Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə ötən il dekabr ayının 22-də rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini 27 yaşlı Daşdəmirov İbrahim Üzeyir oğlu yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan daun xəstəsi İ. Daşdəmirov xəstəxanaya yerləşdirilib.