Zaqatalada DƏHŞƏT:   müştəri çayxana sahibinə 10-dan çox bıçaq vurdu
28 aprel 2024 08:02 (UTC +04:00)

Zaqatalada DƏHŞƏT: müştəri çayxana sahibinə 10-dan çox bıçaq vurdu

Zaqatalada mübahisə bıçaqlanma ilə nəticələnib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 27-i axşam saat 23 radələrində rayonun Qandax kəndində baş verib.

Kənd ərazisində fəaliyyət göstərən çayxanaya gələn müştəri, Qandax kənd sakini 1986-cı il təvəllüdlü Tural Hüseyn oğlu Bayramovla çayxananı işlədən Qandax kənd sakini 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradov arasında mübahisə baş verib.

Mübahisə zamanı T. Bayramov üzərində olan bıçaqla həmkəndlisi N. Muradova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Hadisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq yarası xəsarətləri alan N. Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

N. Muradovun üzərində aparılan cərrahiyyə əməliyyatı zamanı onun bədənində 10-dan yuxarı bıçaqla xəsarət yetirilmiş kəsilmiş yara aşkar edilib.

N. Muradova vurulan bəçaqlardan yalnız biri döş qəfəsində daxilə nüfuz edib.

N. Muradovun müalicəsi hazırda Zaqatala RMX-nın Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə törətməkdə şübhəli sayılan T. Bayramov isə saxlanılıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

# 15891
avatar

Oxşar yazılar