Zaqatalada maşını qaz xəttinə çırpdı,  iki nəfər...
09 oktyabr 2023 00:53 (UTC +04:00)

Zaqatalada maşını qaz xəttinə çırpdı, iki nəfər...

1

Zaqatalada yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Bəhmətli kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Pünhan Cumaəli oğlu Hüseynov avtomobillə idarəetməni itirib.

Nəticədə onun idarə etdiyi “Volkswagen Passat” markalı minik avtomobili qaz xəttinə çırpılaraq aşıb.

Qəza zamanı sürücü P. Hüseynov və avtomobildə olan Bəhmətli kənd sakini, 2001-ci il təvəllüdlü Zakir Bəkir oğlu Balayev aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 16253

Oxşar yazılar