Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Lent.az-a, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.
Zaqatala sakini Katex çayının kənarında sel basan ərazidə köməksiz qalıb.
***
16:49
Lent.az APA-ya istinadla xəbər verir ki, həmin şəxsin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşı Ramil Asxabov olduğu bildirilib.
Katex çayının kənarında sel basan ərazidə köməksiz qalan kişini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.