Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan motosiklet yolu keçmək istəyən 7 yaşlı K.Huzeynzadəni vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu