Zaqatalada yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan bir ailənin 4 üzvü - Zaqatala şəhər sakinləri, 35 yaşlı Vasif Hacımurad oğlu Sultanov, 41 yaşlı Səfa Səlim qızı Sultanova, 9 yaşlı Ömər Vasif oğlu Sultanov və 13 yaşlı Ayşə Vasif qızı Sultanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.