Rusiyada azərbaycanlı yol qəzasında həlak olub.
Lent.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Tolyatti şəhərində baş verib. Zaqatala rayonu Yeni Suvagil kənd sakini 50 yaşlı Məmmədov Namiq Bilal oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.
Nəticədə, kişi aldığı xəsarətlərdən ölüb.
Məlumata görə, ailəsi Yeni Suvagil kəndində yaşayan Namiq Məmmədov Tolyatti şəhərində tikintilərdən birində çalışırmış.