Zaqatalada turistlərin itkin düşməsi barədə xəbər vermişdik.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.
Hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
***
saat 16:16
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundən Lent.az-a bildirilib ki, Zaqatalada dağlarında itən turistlər hələ tapılmayıb.
Qeyd olunub ki, Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.
Lent.az-ın yerli sakinlərdən əldə etdiyi məlumata görə, itən turistlər səhərə kimi yaxınları ilə telefonla danışıblar.
Onlar yolu azdıqlarını, geri qayıda bilmədiklərini deyiblər. Səhər isə qəfil onlarla əlaqə kəsilib.
Ehtimal olunur ki, turistlərin telefonunun enerjisi bitib.
Axtarışlar davam edir.
Qeyd edək ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.