Zaqatala dağlarında itən turist DANIŞDI:  "Qarşımıza ayı çıxdı"
25 iyul 2023 20:51 (UTC +04:00)

Zaqatala dağlarında itən turist DANIŞDI: "Qarşımıza ayı çıxdı"

 

İyulun 23-ü səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər - Əli Əlizadə və Əbdül Rzayev dağlıq ərazidən təxliyə olunublar. Artıq Bakıya qayıdan Əbdül Rzayev yaşadıqları o qorxunc iki gündən Apa tv-ə danışıb.

Gecələdikləri dərədə ayı gordüklərini bildirən müsahibimiz yırtıcı heyvandan uzaqlaşmaq üçün yollarını dəyişdiklərini və bundan sonra vəziyyətin daha da çıxılmaz hal aldığını bildirdi.

Əbdül Rzayev deyir ki, bu günlərdə həyatda qalmağımıza kömək edən ən böyük amillər çadır və ehtiyat qidamızın olması idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10263
avatar

Oxşar yazılar