Bərdədə yük maşını piyadanı vurub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Hadisə Ağdam-Bərdə yolunun şəhərdən keçən hissəsində qeydə alınıb.
Qəza, piyada, 55 yaşlı Əliyev Natiq Xəlil oğlu yolu keçərkən baş verib. "Şaqman" markalı yük maşınıın vurduğu yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qapalı kəllə-beyin travması alan şəxsin vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma başlanıb.