Yolu keçən piyada hadisə yerində öldü
26 dekabr 2020 18:50 (UTC +04:00)

Yolu keçən piyada hadisə yerində öldü

0

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini N.Rəhimli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nasim Qasımovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1831

Oxşar yazılar