Abşeronda və Mingəçevirdə piyadaları maşın vurub.
Lent.az xəbər verir ki, 32 yaşlı Orucov Samir Saleh oğlu idarə etdiyi "Nissan Tiida Latio" markalı avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsində "Töhfə" şadlıq sarayının qarşısında yolu keçən 48 yaşlı Allahverdiyev İman Sabir oğlıunu vurub.
Həmçinin Mingəçevir şəhərində 18 yaşlı Hüseynli Bahadur Ramin oğlu idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə "Sənaye parkı"nın yaxınlığında yolu keçən 30 yaşlı Məhərrəmov Əflatun Naif oğlunu vurub.
Hər iki piyada aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.