Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərinin Malbinəsi kəndində "Mercedes" markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub.
FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.