Cənub-Qərb Rayon Daxili İşlər İdarəsinin iki yol polisi müfəttişi “Kia Sportage” sürücüsündən 100 min rubl (təxminən 1830 manat) pul tələb edərkən yaxalanıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onlar noyabrın 7-də səhər saatlarında Akademik Vərqa küçəsində maşını saxlayıblar. Müfəttişlər sürücünün sərxoş olduğunu aşkar edərək, onu inzibati məsuliyyətə cəlb etmədiyinə görə pul tələb ediblər.
Kapitan və baş leytenant pulu digər şəxs vasitəsilə alıblar, bundan sonra onlar saxlanılıb.