Yol kənarında kişi meyiti tapıldı
05 yanvar 2021 09:48 (UTC +04:00)

Yol kənarında kişi meyiti tapıldı

0

Tovuzda küçədə kişi meyiti tapılıb. 

APA-nın yerli bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan 50-55 yaşlı kişinin meyiti rayonun Heydər Əliyev prospektində aşkarlanıb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onun kim olması dəqiqləşdirilir. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz Rayon Şöbəsinə təhvil verilib.Ölümün səbəbləri araşdırılır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1340

Oxşar yazılar