Yevlaxda qeydə alınan yol qəzasında iki nəfər xəsarət alıb.
Hadisə Yevlax şəhərinin Heydər Əliyev prospektində baş verib. Lent.az-ın APA-ya istinadla xəbərinə görə, "VAZ-2107" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "VAZ 2107"də olan Goranboy sakinləri - 2003-cü il təvəllüdlü Rəhimova Türkan Əsgərxan qızı və 1974-cü il təvəllüdlü qaynanası Rəhimova Gülnar Məcid qızı müxtəlif bədən xəsarətləri alıblar . Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.