Bakı-Qazax yolunda FACİƏ:   2 qadını maşın vurub öldürdü
07 oktyabr 2025 20:31 (UTC +04:00)

Bakı-Qazax yolunda FACİƏ: 2 qadını maşın vurub öldürdü

1

Bakı-Qazax yolunda avtomobil piyadaları vurub.

Lent.az-ın məlumatına görə, hadisə yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Zabit Rəsulov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyadalar - 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.

Hər iki piyada hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

***

19:50

Yevlaxda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını iki nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 452

Oxşar yazılar