Yevlaxda evdən külli miqdarda narkotik tapıldı
14 iyun 2023 15:36 (UTC +04:00)

Yevlaxda evdən külli miqdarda narkotik tapıldı

0

Yevlax sakini külli miqdarda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yevlax rayon Polis Şöbəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə əvvəllər məhkum olunmuş M.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 18 qramdan artıq metamfetamin, 17 qrama yaxın heroin, 1 kiloqram 935 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1604

Oxşar yazılar