Yevlaxda evdə yanğın olub.
FHN-dən Lent.az-a verilən xəbərə görə, rayonun Bəydili kəndində ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.