Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər mərkəzində Kür çayı istiqamətində qeydə alınıb. 41 yaşlı Mirzəyev Həsən Maqsud oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobili yolun sağındakı beton divara çırpıb.
Nəticədə özü və sərnişini 44 yaşlı Həmidov Rüfət Ramiz oğlu yerləşdikləri Yevlax rayon Mərkəzi Xəstəxanasında ölüblər.
Həsən Mirzəyevin uşaqları, 10 yaşlı Səfurə və 8 yaşlı Maqsud yaralanaraq, xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.