Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb. 14 yaşlı H.A zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yeniyetmə qızın yaşadığı evin vanna otağında dəm qazından zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.