Dekabrın 31-i gecə saat 5 radələrində 33 yaşlı Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olub.
Pirallahı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb. Şahidlər dindirilərək, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun dekabrın 30-dan 31-ə keçən gecə saat 2 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Yeni il günü Bakı sakini GÜLLƏLƏNDİ
Oxşar yazılar

Abşeronda 35 yaşlı kişinin boğazını kəsib öldürdülər
17 may 2025 , 20:14
Məktəbli qız 12 yaşlı oğlandan hamilə qaldı
17 may 2025 , 19:16
Lənkəranda itə görə QƏZA: 3 nəfər yaralandı
17 may 2025 , 19:09
Aeroportda 3 qadının cinsi orqanından 6 kilodan çox qızıl çıxdı
17 may 2025 , 17:53
Uşaqlarını daim döyüb ac saxlayan anaya cinayət işi açıldı
17 may 2025 , 15:39
Bakıda qadın evdən qızılları oğurladı
17 may 2025 , 14:23
Bakıda satıcı işlədiyi mağazadan 20 min manat oğurladı
17 may 2025 , 13:05