Rusiyada yeni doğulan qız faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Krasnoyarsk diyarında baş verib.
Məlumata görə, ana yeni doğduğu qızını divanda yatızdırıb. Gecə saatlarında uşaq yuvarlanıb, divanın arxası ilə oturacağı arasındakı boşluğa düşüb, sonra isə boğulub.
Faktla bağlı cinayət işi açılıb.