Yekaterinburqda Azərbaycan diasporuna yeni sədr seçilməsi  yalandır - YENİLƏNİB
03 sentyabr 2025 13:35 (UTC +04:00)

Yekaterinburqda Azərbaycan diasporuna yeni sədr seçilməsi yalandır - YENİLƏNİB

0

Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb.

Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir.

Lent.az xəbər verir ki, APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumata görə isə, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.

Vidadi Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.

Məlum olduğu kimi, diaspor könüllü fəaliyyət növüdür. Ana Vətənlə yaşadığı ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərmək diasporun əsas funksiyalarına daxildir. Bu gün Azərbaycan diasporunun da hər bir sahədə uğurlu fəaliyyəti göz qabağındadır.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sədrlik etdiyi “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatı da hər zaman Rusiya qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib.

Təəssüf ki, bəzi soydaşlarımızın fəaliyyəti diaspor və birlik anlayışlarına xələl gətirir.

Naməlum qrupun Vidadi Mustafayev adlı şəxsi qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçməsi”, bu cür informasiyaların tirajlanması Azərbaycan diasporunun birliyinə xələl gətirmək və icma üzvləri arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub.

İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.

Hər iki şəxslə bağlı istintaq davam edir.

***
1 sentyabr, saat: 23:35

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların ictimai təşkilatı “Ural azərbaycanlılarının mədəniyyət, gənclik və idman mərkəzi”nin yeni rəhbəri seçilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu, əvvəlki lider Şahin Şıxlinskinin həbsi ilə bağlıdır. Yeni rəhbər Vidadi Mustafayev olub.

“Yığıncaq keçirildi, biz “diaspora” anlayışını ləğv etdik, çünki o, artıq özünü doğrultmur. Mən gənclərin tərbiyəsi ilə məşğul olmaq istəyirəm. İndiyədək onlara heç kim izah etməyib ki, nə yaxşıdır, nə pis. Biz onları Rusiya Federasiyası qanunvericiliyinin normalarına uyğun yaşamağı öyrədəcəyik. Şıxlinskinin diaspora rəhbəri kimi fəaliyyəti tamamilə iflasa uğradı, o, nə biznesə, nə də mədəniyyətə həsr olunmuşdu”, — deyə Mustafayev özü açıqlamasında bildirib.

Onunla Şıxlinski arasında uzun müddət münaqişə olub. Mustafayev qeyd edib ki, Şahin Şıxlinski guya regiondakı azərbaycanlıların problemlərinə ciddi diqqət ayırmırdı və ictimai rezonans doğuran münaqişələrə heç bir reaksiya vermirdi.

Qeyd edək ki, Şahin Şıxlinski avqustun əvvəlində həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar