Yasamalda yanğın söndürülüb -YENİLƏNİB  -FOTO
25 sentyabr 2022 01:50 (UTC +04:00)

Yasamalda yanğın söndürülüb -YENİLƏNİB -FOTO

Yasamalda baş verən yanğın söndürülüb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Yasamal rayonu Hind Klinikasının yaxınlığında hasara alınmış ərazidə məişət tullantılarının yanması barədə 112 qaynar xəttinə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb.
 

***

01.45

Yasamal rayonunda yanğın başlayıb.

Lent.az xəbər verir ki, hadisə Balababa Məcidov küçəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
 

# 3201
avatar

Oxşar yazılar