Yasamalda  Şərur MTK-nın binasında   yanğın
11 aprel 2024 00:31 (UTC +04:00)

Yasamalda Şərur MTK-nın binasında yanğın

Bakının Yasamal rayonunda binada yanğın olub.

Lent.az  xəbər verir ki, yanğın Əsəd Əhmədov küçəsində yerləşən Şərur MTK-nın binasında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb edilib.

Mənzildə baş verən yanğın söndürülüb.

Hadisə baş verərkən evdə heç kim olmayıb.

# 4731
avatar

Oxşar yazılar