"Ərzaq alıb yedi, pulunu ödəmədi" – Rəqsanə ilə bağlı növbəti borc iddiası
03 may 2024 10:30 (UTC +04:00)

"Ərzaq alıb yedi, pulunu ödəmədi" – Rəqsanə ilə bağlı növbəti borc iddiası

Müğənni Rəqsanə İsmayılova bir ildir aldığı ərzağın pulunu ödəmir.

Lent.az xəbər verir ki, bu barədə Gəncə nemətləri satan şəxs sosial şəbəkə hesabında məlumat verib.

O, öz səhifəsində müğənninin sosial şəbəkə hesabını işarəyələk bunları yazıb:

“Rəqsanə xanım, ödənişi eləyin, 1 ildir gözləyirəm. Aysun xanıma deyirəm, deyir, mənlik deyil. Ayıbdır vallah, insan insana hörmət qoyanda belə eləməz”.

Şəxs onu da iddia edir ki, R.İsmayılova 5 aydır onun mesajlarına cavab vermir: “Çox tanınmış insanların verəcəyi var, bu nədir ki. Sadəcə insan insanı başa düşər, alverdə alacaq da olar, verəcək də, amma aldatmaq olmaz. Bir insana 5 aydır mesaj yazasan, oxuya, cavab verməyə, mənə təsir edən odur”.

Xatırladaq ki, bir müddətdir müğənni Rəqsanə İsmayılovanın yenidən külli miqdarda borcu olması barədə xəbərlər tirajlanır. Qeyd edilir ki, hətta borc aldığı şəxslər R.İsmayılovanı məhkəməyə belə veriblər. Nəticədə R.İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub. İfaçı isə borc xəbərlərini əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib, bu barədə geniş danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, bu barədə ilk məlumatı "Bakupost" saytı yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5318

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53