Yasamalda FACİƏ:  Yeniyetmə 4-cü mərtəbədən yıxılıb komaya düşdü
29 sentyabr 2024 06:23 (UTC +04:00)

Yasamalda FACİƏ: Yeniyetmə 4-cü mərtəbədən yıxılıb komaya düşdü

Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində 14 yaşlı oğlan ağır xəsarətlər alıb.

APA xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Oxşar yazılar