Yasamalda avtomobil oğrusu   saxlanıldı
23 iyul 2024 12:53 (UTC +04:00)

Yasamalda avtomobil oğrusu saxlanıldı

İyulun 22-də Yasamal rayonu ərazisində yerləşən avtosalonların birindən üzərində dövlət qeydiyyat nişanları olmayan “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Həsənov avtomobillə birgə saxlanılıb. 

Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Arzu Qurbanlı

Oxşar yazılar