Bakının Sabunçu rayonunda bir nəfər yaşadığı evdə köməksiz qalıb.
Lent.az FHN-in saytına istinadla bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 49 yaşlı Qasımov Nəsimi Şahlar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.