Yarışa çıxıb sosial şəbəkədə görüntülərini yayanlar saxlanıldı
28 fevral 2025 09:45 (UTC +04:00)

Yarışa çıxıb sosial şəbəkədə görüntülərini yayanlar saxlanıldı

İmişlidə sürət yarışı keçirən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.

Məlumata görə, onlar törətdikləri pozuntunun görüntülərini sosial şəbəkələrdə yayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar