Yarış atının qanında  psixoaktiv maddə   tapıldı
24 aprel 2022 18:22 (UTC +04:00)

Yarış atının qanında psixoaktiv maddə tapıldı

Yeni Zelandiyada jokey Roşel Lokett və onun yarış atının yarışlardan birində qalib gəldikdən sonra qanlarında metamfetamin (şüşə) izləri aşkar edilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu səbəbdən idmançı qız və atı yarışdan üç illik diskvalifikasiya edilib. Bununla belə, Lokett 18 ay narkotikdən istifadə etməzsə, yenə də manejə qayıda bilər. Həmçinin qaydanı pozanlara yarışı təşkil edən “Otaki-maori” yarış klubunun mükafat məbləği 6720 Yeni Zelandiya dolları (təxminən 4428 ABŞ dolları) büdcəsinə qaytarılması barədə göstəriş verilib.

Jokey özü metamfetaminin atın bədəninə necə daxil olduğunu hələ izah etməyib, lakin 2021-ci ilin noyabrında özünün ondan istifadə etdiyini etiraf edib.

Testin müsbət nəticələrini aldıqdan sonra o, dərmanı yarışa iki gün qalmış ad günündə istifadə etdiyini də boynuna alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar