Nijni Novqorodda mağazaya girən soyğunçu satıcını yanan karton parçası ilə hədələyərək kassadan pulu oğurlayıb.
Lent.az xəbər verir ki, bu barədə vilayət Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nijni Novqorodun Çaadayev küçəsində alışqan və karton parçası ilə silahlanan bir kişi ərzaq mağazasına daxil olub. Hadisə təhlükəsizlik kameralarına düşüb.
Videogörüntülərdə təcavüzkar satıcını yanan kartonla hədələyir, kassadan pul, siqaret, saqqız və içkilər götürür, sonra isə yoxa çıxır.
Soyğunçu bir neçə saatdan sonra saxlanılıb. Onun əvvəllər bir neçə dəfə məhkum olunmuş 41 yaşlı Nijni Novqorod sakini olduğu müəyyənləşib.
Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb, cinayətkarı 7 ilə qədər həbs cəzası gözləyir.