Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Afrika Dövlətinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan 92 nəfər xəstəxanaya çatdırılıb.
Partlayış noyabrın 5-də axşam saatlarında benzin daşıyan maşının qranit plitələri daşıyan yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tanker yanacaqla dolu olub.
Qəzadan sonra hər iki sürücü maşınlarından düşüb, yaxınlıqda dayanan şəxslər isə zədələnmiş yanacaq daşıyan maşından tökülən yanacağı yığmağa çalışıblar. Bir anda partlayış baş verib və yanğın başlayıb. Qurbanların əksəriyyəti yandırılaraq ölüb.
Syerra-Leone Prezidenti Julius Maada Bio həlak olanların ailələrinə başsağlığı verib və dövlətin onlara dəstək olacağını bildirib.
Eyni zamanda, dövlət başçısı noyabrın 7-də Qanada keçiriləcək Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin sammitinə səfərini ləğv edib.
***
6 noyabr, saat 12:19
Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq daşıyan tankerin yük maşını ilə toqquşması nəticəsində dəhşətli partlayış baş verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hadisə nəticəsində 100-dən çox insan həlak olduğu güman edilir.
Qəzadan sonra şahidlər yerə dağılan yanacağı yığmağa başlayıb. Həmin an yanöın və güclü partlayış baş verib.
Bəzi mənbələr həlak olanların sayının ən azı 400 nəfər olduğunu iddia edir.
Yaxınlıqdakı onlarla ev, mağaza və maşın, eləcə də içərisində sərnişinlərin olduğu avtobus da yanıb.
Həlak olanlarla yanaşı xeyli sayda yanıq xəsarəti alanların olduğu da bildirilir.