Xudatda narkotik əməliyyatı:  2 nəfər saxlanıldı - FOTO
27 iyul 2023 08:20 (UTC +04:00)

Xudatda narkotik əməliyyatı: 2 nəfər saxlanıldı - FOTO

0

Xaçmaz   Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin  əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakinləri Vüqar Məmmədxanov və Ayaz Rəhimov  saxlanılıblar . Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda  narkotik vasitə olan  heroin, marixuana və 1 ədəd elektron tərəzi  aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Vüqar Məmmədxanovun barəsində həbs qətimkan tədbiri, Ayaz Rəhimovun  barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2625

Oxşar yazılar