Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb. Nəticədə, qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb".
Lent.az xəbər verir ki, \bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.
Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.