Xocavənd rayonu ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı çantasında narkotik vasitə olan şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb. Tikinti şirkətlərindən birini işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin (patı) və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində araşdırma aparılır.