Xocavənddə çoban atla minaya düşüb  öldü - YENİLƏNİB
12 mart 2026 22:27 (UTC +04:00)

Xocavənddə çoban atla minaya düşüb öldü - YENİLƏNİB

0

İşğalda azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda deyilir.

Hadisə nəticəsində 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

***

21:00

Füzulidə mina hadisəsi baş verib və nəticədə atla minaya düşən çoban həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar