Goranboy rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinə Goranboy rayonu Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı oradan 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 ədəd alıştırıcısız “F-1”, 1 ədəd “PRO”, 1 ədəd “RPN” əl qumbaraları, ümumilikdə 1632 ədəd müxtəlif kalibirli patron, 4 ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.