Bu gün saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 61 yaşlı Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı, 56 yaşlı Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.