Xırdalanda arvadını döyən kişi  özünü binadan atmaq istədi - VİDEO
05 may 2025 12:53 (UTC +04:00)

Xırdalanda arvadını döyən kişi özünü binadan atmaq istədi - VİDEO

Xırdalanda baş verən intihara cəhdin təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, 26 yaşlı oğlan həyat yoldaşını döyüb. Qadın ərini polisə şikayət edib. Oğlan da məsuliyyətdən yayınmaq üçün binanın damına çıxaraq intihara cəhd edib. 

***

saat 11:29

Abşeron rayonunda mayın 4-ü gecə saatlarında intihara cəhd hadisəsi olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib.

Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 26 yaşlı Bəşirov Aməddin Niyaməddin oğlu özünə xəsarət yetirdikdən sonra altımərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428

Oxşar yazılar