Cəlilabadda karantin qaydalarını pozan restoran cərimələnib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən “Xəzri” restoranının karantin qaydalarına zidd olaraq gecə saat 00-dan sonra fəaliyyət göstərdiyini aşkar ediblər.
Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub