Qəbələdə soyğunçuluq etmiş şəxs tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 6-da saat 5 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edərək 850 manatını alıb. Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov saxlanılıb. Ondan 119,6 qram marixuana da götürülüb.