Zığ və Masazırdakı sürüşmə aktivləşib
05 yanvar 2016 14:24 (UTC +04:00)

Zığ və Masazırdakı sürüşmə aktivləşib

“Hazırda Abşeron yarımadasındakı Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunur”.

 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Masazırda, Qır gölünün ətrafındakı sürüşmə sahəsində də nisbi aktivlik qeydə alınıb: “Həmin ərazi elə böyük sahəni əhatə etməsə də, orada sürüşmə-oturma prosesi davam edir”.

 

Dəstə rəisi qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər sürüşmə sahələrində nəzərəçarpacaq aktivlik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar