Zərdabda iki “VAZ 06” toqquşdu: 3 yaralı
16 yanvar 2015 21:25 (UTC +04:00)

Zərdabda iki “VAZ 06” toqquşdu: 3 yaralı

Zərdab Rayon Polis şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saat 20:00 radələrində, Zərdab - Mollakənd yolunun Zərdab rayonunun Dəliquşçu kəndindən keçən hissəsində qeydə alınıb.

 

Dəkkəoba kənd sakini, 45 yaşlı Bayraməliyev Sədrəddin Cəllad oğlunun idarə etdiyi VAZ-2106 markalı maşınla, Dəliquşçu kənd sakini 36 yaşlı Soltanov Dəyanət Həbib oğlunun idarə etdiyi VAZ-2106 markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və D. Soltanovun maşınında sərnişin qismində olan 8 yaşlı oğlu Soltanov Həbib Dəyanət oğlu müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

 

Xəstəxanadan APA – ya verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib, onlar Göyçay Mərkəzi Rayon xəstəxanasına göndəriliblər. Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis şöbəsində araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar