Zərdab sakini Rusiyada öldürülüb
07 may 2014 22:23 (UTC +04:00)

Zərdab sakini Rusiyada öldürülüb

0
Zərdab rayon sakini Rusiyada öldürülüb.

APA-nın yerli bürosunun rayon sakinlərindən aldığı məlumatına görə, hadisə bu ilin mayın 4 - də, Moskva şəhəri yaxınlığındakı restoranlardan birində baş verib.

 

Orada gözətçi işləyən Zərdab rayon sakini 1981 – ci il təvəllüdlü Eminov Cahangir Rövşən oğlu güllələnərək, öldürülüb.

 

Məlumata görə, 2 qrup arasında baş verən silahlı insident zamanı C. Eminov baş və bədən nahiyəsindən bir neçə güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.

 

Mərhum bu gün doğulduğu rayonun Körpükənd kəndində torpağa tapşırılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1150

Oxşar yazılar