Zəncirvari qəzada sərnişin vəfat etdi
26 iyul 2019 13:19 (UTC +04:00)

Zəncirvari qəzada sərnişin vəfat etdi

0
 
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verdiyi məlumata görə, iyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
 
Nəticədə R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb. 
 
Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 851

Oxşar yazılar