Zaqatalaya gəzintiyə gedən şagird ölümcül vəziyyətə düşdü
24 iyun 2018 17:33 (UTC +04:00)

Zaqatalaya gəzintiyə gedən şagird ölümcül vəziyyətə düşdü

Şəkidən Zaqatalaya gəzintiyə gedən məktəblilərdən biri yüksək dağlıq-meşəlik ərazidə dərəyə yıxılaraq ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 12.00 radələrində Şəki rayonu Böyük Dəhnə kənd sakini olan 2005-ci il təvəllüdlü Siyafət Mənsur oğlu Məmmədov travmatik-şok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

 

MRX-dan APA-ya bildirilib ki, 13 yaşlı S. Məmmədova ağır qapalı kəllə-beyin travması və boyun fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.  S. Məmmədovun müayinəsi üçün Bakı şəhərindən həkim briqadası çağırıldığı bildirilir.

 

 

APA-nın əldə etdiyi məlumata görə, Şəki rayonu Böyük Dəhnə 1 saylı tam orta məktəbin 7-ci sinfini bitirən Siyafət Məmmədov özündən başqa 13-14 nəfər sinif yoldaşı, sinif rəhbəri və  həmin məktəbin başqa bir müəllimi ilə birlikdə  xırda tutumlu sərnişin avtobusu ilə bu gün səhər saatlarında Zaqatala rayonunun yüksək dağlıq kəndi olan Cara gəzintiyə  gəliblər. Yüksək dağlıq ərazidə gəzinti zamanı Siyafət Məmmədov dərədən axan çaya düşmək istəyən zaman özünü nizamlaya bilməyərək yıxılaraq diyirlənməyə başlayıb və başı bərk maneəyə dəyərək ağır xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

APA Baycan

Oxşar yazılar