Zaqatalada gizli dəfn edilən şəxsin meyiti ekskumasiya ediləcək
17 avqust 2013 12:48 (UTC +04:00)

Zaqatalada gizli dəfn edilən şəxsin meyiti ekskumasiya ediləcək

Bir ay əvvəl intihar edən Zaqatala sakininin ailəsi tərəfindən gizlin dəfn edildiyi məlum olub.


 

Zaqatala Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyulun 16-da Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Əliyev Alxas Abid oğlu bir ay əvvəl yaşadığı evdə özünü asıb. Mərhumun ailəsi hadisə barədə hüquq-mühafizə orqanlarına heç bir məlumat vermədən onu dəfn ediblər.

 

Hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında mərhumun yaxınları dindirilib və A. Əliyevin intihar etdiyi təsdiqlənib.

 

İstintaq A. Əliyevin meyitinin ekskumasiyasına qərar verib və yaxın günlərdə mərhumun qəbri açılacaq.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223
avatar

Oxşar yazılar