Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib.
Məlumata görə, marın 14-də saat 03:48 radələrində Zaqatala rayonu, Kəpənəkçi kəndində kənd bələdiyyəsinin, Zaqatala rayon icra başçısının Kəpənəkçi ərazisi üzrə nümayəndəliyinin, YAP-ın və Kəpənəkçi kənd kitabxanasının yerləşdiyi, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət inzibati binada yanğın baş verib.
Hadisə yerinə Zaqatala rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın nəticəsində binanın yanar konstruksiyaları və binada yerləşən qurumlara məxsus sənədlər mebel əşyaları ilə birlikdə yanıb. İnzibati binaya bitişik mağaza və yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.